"Neftçi"dən azarkeşlərinə növbəti hörmətsizlik - FOTO

"Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ” klubu ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Sport7.az xəbər verir ki, bakılılar ötən gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici heyətlə yoxlama matçı keçirib. Görüşdə milli komandalara dəvət olunmuş futbolçular iştirak etməyiblər.

Klubun rəsmi saytında və "facebook" səhifəsində yayımlanan xəbərdə oyunda hansı hesabın qeydə alındığı barədə heç bir məlumat verilmir. Maraqlıdı ki, şərh bölməsində hesabı soruşan "ağ-qaralı" azarkeşlərə də əlavə məlumat verilmir. Səhifədə fanatlara klub adından cavab verən şəxs, həm özünü ağıllı hesab, həm də azarkeşlərə hörmətsizlik edir.

Hesabın gizlətməyə çalışan klubun işçilərinin bu addımına cavab olaraq azarkeşlər əvəzedicilərin qalib gəldiyini düşünür. Deyəsən, hesab açıqlanmayacaq qədər biabırçı olub. Peşəkarlıqdan dəm vuran "Neftçi"nin yeni rəhbərliyin gəlişindən sonra daha bir Amerikanın kəşfini gördük. Görəsən bizi qarşıda hansı sürprizlər gözləyir? 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR