"Neftçi"dən Bolqarıstan millisinin futbolçusuna təklif

"Neftçi" daha bir əcnəbi futbolçunu heyətinə qatmaq istəyir.

Sport7.az xəbər verir ki, Bakı klubu Bolqarıstan millisinin üzvü Martin Raynova təklif göndərib. Bu barədə "Topsport" nəşri məlumat yayıb. Lakin tərəflər arasında anlaşma əldə olunmayıb.

Qeyd edək ki, Martin Raynov karyerası ərzində Bolqaıstanın "Beroe", "Etar 1924", "Sliven", "Bansko", "Xaskovo", "Lokomotiv" (Qorna Oriahovitsa) və "Lokomotiv" klublarında onyayıb. Onun son iş yeri Sofiya "Levski"si olub. 28 yaşlı yarımmüdafiəçi son mövsümdə 29 oyuna çıxaraq bir qol ötürməsi verib. Martin Raynov 2016-cı ildən çağırıldığı Bolqarıstan millisində 7 oyun keçirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR