"Neftçi"dən də mənə zəng vurmuşdular" - "Sumqayıt"dan ayrılan futbolçu

"Mən artıq Azərbaycan millisinin heyətində idim. Mart ayında Lixtenşteyn və Malta ilə yoldaşlıq oyunları üçün yığmaya çağırılmışdım. Amma UEFA-ya göndərdiyimiz sənədlər vaxtında hazır olmadı". 

Sport7.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la müqaviləsi başa çatan Əmir Ağayev deyib.

Ölkəsinin "ONE" nəşrinə müsahibə verən israilli futbolçu millimizdə oynamamasının səbəbini açıqlayıb: "Vətəndaşlığımı dəyişməli idim. Çünki İsrailin olimpiya yığmasında oynamışdım. Koronavirus oyunları dayandırdı. Mən isə ümumiyyətlə oynamadım. Hətta dəvət almadım. Halbuki yığmaya çağırıldığım üçün çox sevinmişdim. Sonradan isə klubdan mənə bunun baş tutmayacağını söylədilər. Mənə dediklərinə görə, Azərbaycanda oynamasam belə, yığmaya dəvət ala bilərəm. Ümid edirəm ki, bu, yenidən olacaq. Bu, mənə daha da stimul verə bilərdi. Pandemiya bütün planları pozdu".

Əmir Ağayev "Neftçi"dən təklif aldığını bildirib: "Sumqayıt"dan hər gün mənimlə danışırlar və daha aşağı maaşla komandada qalmağımı istəyirlər. Bu isə məni heç cür qane etmir. "Neftçi"dən də mənə zəng vurmuşdular. Dedilər ki, sənin oyununu bəyənirik və komandamızda görmək istəyirik. Amma onlar da büdcəni azaldıblar və daha ucuz oyunçular alırlar. Fikrimcə, bu variant da alınmayacaq. Hazırda vəziyyət belədi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR