"Neftçi"dən növbəti qələbə

"Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan "Dəri top” turnirində ardıcıl ikinci qələbəsini qazanıb. Sport7.az xəbər verir ki, bu gün baş tutmuş qarşılaşmada bakılılar "Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub edib.

"Neftçi"nin heyətində Musa Qurbanlı və Ramin Nəsirli fərqləniblər. "Neftçi” B qrupundakı üçüncü oyununu sabah "Spiru Xaret” (Kişinyov, Moldova) komandasına qarşı keçirəcək. 

Xatırladaq ki, yeniyetmə futbolçularımız turnirin ilk matçında "Umed” (Düşənbə, Tacikistan) klubuna 3:0 hesabı ilə qalib gəlmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR