"Neftçi"dən qovulan futbolçu "Qarabağ"da!

Növbəti mövsüm üçün transfer çalışmalarını sürdürən "Qarabağ" daha bir yerli futbolçunu heyətinə qatıb.
 
Sport7.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi özəl məlumata görə, "Neftçi" ilə müqaviləsi başa çatan Elvin Yunuszadə artıq "Qarabağ"la razılığa gəlib və bu gün müqavilənin imzalanacağı gözlənilir.
 
Qeyd edək ki, Elvin Yunuszadənin "Neftçi" ilə müqaviləsi bitdiyindən Ağdam klubuna azad agent statuslu futbolçu kimi transfer olunub. O, hələ mövsümün sonlarına yaxın zəif oyununa görə baş məşqçi Arif Əsədov tərəfindən əvəzedici komandaya göndərilmiş və müqaviləsinin bitməsinə az qalmış transferə çıxarılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR