"Neftçi"dən Vladislav Qədirov AÇIQLAMASI

Bildiyiniz kimi, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ı ilə qarşılaşacaq. 

Sport7.az-a açıqlama verən "Neftçi" və "Arsenal"ın sabiq azərbaycanlı futbolçusu Vladislav Qədirov oyunu canlı izləmək istədiyini bildirmiş, "Neftçi"yə azarkeşlik edəcəyini demişdi. 
 
"Arsenal" tərəfi Qədirova dəvət göndərsə də, mütəxəssis "Neftçi"dən səs çıxmadığını qeyd edib. 

Məsələ ilə bağlı olaraq "Neftçi" klubu ilə əlaqə saxladıq. Klub Qədirovu Tulaya aparmağı düşünürmü? Düşünmürsə, səbəb nədir? suallarına "Neftçi"nin mövqeyini öyrəndik. Suallarımızı paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev cavablandırdı. 

"Çox güman ki, Vladislav müəllimi apara bilməyəcəyik. Çünki təyyarə ilə bağlı problemimiz var. Yer məhdudiyyəti olduğu üçün özümüzlə əlavə adam götürə bilmirik. Ona görə də müraciət edə bilməmişik. Ancaq qarşı tərəfdən bir müddət əvvəl müraciət olunsaydı, maksimum kömək etməyə çalışardıq",  deyə "Neftçi" rəsmisi bildirdi. 
 
Röya Kərimli 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR