"Neftçi"nin baş məşqçisi aqressivliyinin qurbanı oldu

İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasın Region və Gənclər liqası, o cümlədən qızlardan və oğlanlardan ibarət aşağı yaş qruplarının çempionatlarına aid olan hissəsi ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

3 noyabr 2019-cu il, Region Liqasının "Qardaşlar” – "Xudat” matçının 48-ci dəqiqəsində "Qusar” klubunun 19 №-li futbolçusu Şəhriyar Zərbəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

3 noyabr 2019-cu il, Region Liqasının "İmişli” – "Ağsu Sity” matçının 1-ci hissəsi başa çatdıqdan sonra "İmişli” klubunun baş məşqçisi Süleyman İsayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır (maddə 41.4).
 
3 noyabr 2019-cu il, Region Liqasının "Energetik” – "Qosqar UGİM-2” matçının 24-cü dəqiqəsində "Qoşqar UGİM-2” klubunun 3 №-li futbolçusu Dünyamin Ələsgərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 61-ci dəqiqəsində "Qoşqar UGİM-2” klubunun 3 №-li futbolçusu Cavid Abbasov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
30 oktyabr 2019-cu il, Gənclər Liqasının "Sumqayıt” – "Qarabağ” matçının 13-cü dəqiqəsində "Sumqayıt” klubunun 12 №-li futbolçusu Ələkbər Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
30 oktyabr 2019-cu il, Gənclər Liqasının "Qəbələ” – "Neftçi” matçının 63-cü dəqiqəsində "Qəbələ” klubunun 5 №-li futbolçusu İdris İnqilablı hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 78-ci dəqiqəsində "Qəbələ” klubunun 7 №-li futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
2 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Qəbələ” – "Kəpəz” matçının 50-ci dəqiqəsində "Qəbələ” klubunun 4 №-li futbolçusu Azər Məmmədhəsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
3 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Keşlə” – "Zirə” matçının 87-ci dəqiqəsində "Zirə” klubunun 2 №-li futbolçusu Elcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
31 oktyabr 2019-cu il, U-16 Liqasının, "Zirə” – "Xilə” matçının 15-ci dəqiqəsində "Xilə” klubunun 7 №-li futbolçusu Orxan Novruzov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
2 noyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının, UGİM (Yevlax) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
3 noyabr 2019-cu il, U-12 Liqasının "Ləcət” (Xaçmaz) – UGİM (Xaçmaz) matçında "Ləcət” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
3 noyabr 2019-cu il, Coca Cola U-11 Liqasını "Ağstafa Gənclər” – "Qədirli” (Tovuz) matçında "Qədirli” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
3 noyabr 2019-cu il,  U-12 Liqasında "Neftçi” İK İB klubunun baş məşqçisi Arif Ağayev Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin nümayəndəsinə qarşı aqressiv davranış göstərdiyinə görə 5 oyun cəzalanır (maddə 37.7), (maddə 37.10).
 
3 noyabr 2019-cu il, Yüksək Qızlar Liqasının "Marxal” (Şəki) – "Xırdalan City” matçının 87-ci dəqiqəsində "Xırdalan City” klubunun 5 №-li futbolçusu Rəfiqə Nəzərova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR