"Neftçi"nin daha bir üzvü dünya çempionu oldu

Braziliyada gəclər arasında keçirilən güləş üzrə dünya birinciliyi davam edir. 

Sport7.az xəbər verir ki, yarışların ikinci günü də Azərbaycan güləşçiləri üçün uğurlu olub. Üç çəki dərəcəsində mübarizə aparan idmançılarımız bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Hər üç güləşçi "Neftçi İdman Klubu”nun üzvüdür.

Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov finalda Bolqarıstan təmsilçisi Yoto Xristova 6:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

84 kq çəki dərəcəsində yarışan İslam Abbasov finalda Türkiyə nümayəndəsi Cengiz Əliyə 6:10 hesabı ilə uduzaraq dünya birinciliyinin gümüş medalını qazanıb.

"Neftçi İdman Klubu”nun digər üzvü Ruhin Mikayılov isə bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi Cengiriz Arslanı 2:1 hesabı ilə məğlub edib.

Artıq Azərbaycan güləşçilərinin aktivində 4 medal var.

Xatırladaq ki, yarışların ilk günü güləşçimiz Kərim Cəfərov da gümüş medal qazanmışdı. Dünya birinciliyinin yunan-Roma güləşi yarışlarında medal qazanan bütün idmançılar "Neftçi İdman Klubu”nu təmsil edir.

Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq Dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü olub. (azerisport.az)


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR