"Neftçi"nin futbolçusu koronavirusdan sağaldı

"Neftçi"nin futbolçusu Prins İbara növbəti dəfə koronavirus testindən keçib.

Sport7.az xəbər verir ki, bu haqda klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bildirib. 24 yaşlı hücumçunun testi mənfi olub.

Klub rəsmisi konqolu oyunçunun tezliklə Bakıya qayıdacağını vurğulayıb.

İbara Konqo millisinin düşərgəsində koronavirusa yoluxmuşdu. (http://Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR