"Neftçi"nin mənə ehtiyacı varsa..." - Əsgər Abdullayev

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı bakılıların 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən meydan sahiblərinin baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı fikirlərini bildirib:

"Qarabağ" komandası çox güclüdü. Hər mövqeydə mübarizə aparan futbolçuları var. "Neftçi" hazırda özünə layiq olan yerdə deyil. Bütövlükdə futbolçular tapşırığı yerinə yetirdi. Sonuncu dəqiqələrdə top bizdə daha az oldu. Elşən Abdullayev isə topla oynamağı sevən futbolçudu. Kimisə dəyişib, vaxt udmaq fikrim yox idi. Sadəcə, müdafiəyə diqqət yetirmək qərarına gəldim. Onun birbaşa soyunub geyinmə otağına yollandığını görmədim. Məncə, Elşən ümidləri doğrulda bilən futbolçudu. Oyunun fasiləsində futbolçuların otağına getmirəm. Çünki qısa zaman ərzində bunun effekti olmur. Çalışıram ki, bir balaca özüm də fasilə edim. Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam. 3 gündə lazım olsa, yenə burdayam". 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR