Dario yenidən

Dario yenidən "Neftçi"dən getdi

«Neftçi»də növbəti ayrılıq baş verib.
 
Sport7.az xəbər verir ki, Sportinfo.az saytı bu barədə məlumatı klubdan alıb.

Rauf Əliyevdən sonra Dari Federiko da düşərgəni tərk edib. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cənubi amerikalının sözləşməsi 1 il sonra başa çatacaqdı. «Sambaçı»nın istər Roberto Bordin, istərsə də rəsmilərlə münasibətləri qaydasında deyildi.

Onun 2019-cu ilin yanvarında klubdan qalmaqallı şəkildə ayrılaraq Cənubi Koreyaya yollanması və həmin vaxt bakılı rəsmilər haqda nə söyləməsi hələ də yaddan çıxmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR