"Neftçi"nin qələbəsinə sevinirəm" - Qurban Qurbanov

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:

"Neftçi"ni qələbə münasibəti ilə təbrik edirik. Bəzi futbolçularıma itirahət vermək qərarına gəlmişdim. Düşünürəm ki, sizlər üçün maraqlı oyun alındı. Həm süərtli, həm də mübariz oyuna şahidlik etdik. Rəqib komandanın oyununu qiymətləndirmək lazımdı. Hakimlikdən narazılığım yoxdu. Belə hallar olur. Qabardılası bir şey yoxdu. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. "Neftçi"nin hər bir qələbəsinə sevinirəm. Bu, idman mübarizəsidi. Daha çox fikrimi öz komandama yönəltmişəm. Çempionat daha da qızışır. Hər rəqib bizim üçün çətindi. Futbolçuların yorğunluğu həqiqətən də hiss olunur. Hərdən dəyişiklər edib, ehtiyatda qalan oyunçulara inandığımızı nümayiş etdiririk. Buna nornal baxıram. Sıx qrafik olanda təcrübəmiz daha da artır. "Neftçi"nin qələbəsinə kölgə salmaq lazım deyil. Bu gün onlar qələbəyə bizdən daha layiq idi."

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR