"Neftçi"nin rəqibindən növbəti transfer

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniya təmsilçisi "Şkupi" heyətinə yeni futbolçu cəlb edib. 

Sport7.az xəbər verir ki, Filip Qliqorov Çair təmsilçisinə qayıdıb. Klub müdafiəçini Albaniya təmsilçisi "Vlazniya"dan transfer edib. 27 yaşlı futbolçu 2016-ci ildə "Şkupi"də oynayıb. 

"Neftçi” – "Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR