"Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin işsiz günləri başa çatmaq üzrədir.
Sport7.az xəbər verir ki, italiyalı mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər.
B seriyası təmsilçisi "Askoli” 55 yaşlı çalışdırıcının xidmətində maraqlıdır. Mövsümə uğursuz başlayan "Askoli” bu problemi baş məşqçi dəyişikliyi ilə həll etməyi düşünür. Rəhbərliyin bu posta 3 namizədi var ki, onlardan biri də Bordindir. Onunla yanaşı, Federiko Koppitelli və Massimo Rastelli də komandanın "sükanı arxası”na keçməyə namizəddir.
2018-ci ilin yayında "Neftçi”yə təyin olunan Roberto Bordin bu ilin əvvəlində "ağ-qaralar”dan istefaya göndərilib.
Sport7.az