“Neftçi”nin sabiq əməkdaşından Kamran Quliyevə: “Siz qeyri-peşəkarsız”

“Neftçi”nin sabiq əməkdaşından Kamran Quliyevə: “Siz qeyri-peşəkarsız”

"Neftçi”nin prezidenti Kamran Quliyevin klubun keçmiş İT mütəxəssisi Kamran Abdullayev barədə Bakı şəhər Baş Polis idarəsinə şikayət ərizəsi verməsindən xəbəriniz var.
 
Bu gün Kamran Abdullayev "Neftçi"nin prezidentinə açıq məktub yazıb. O, məktubun bir surətini də Sport7.az-ın redaksiyasına göndərib. Məktubun üslubuna toxunmadan onu sizə təqdim edirik:
 

Neftçi PFK-nin Prezidenti Kamran Quliyevə

 

Həmin klubda 08.2015 – 04.2018-ci iltarixlərində xidmətimüqavilə əsasında fəaliyyətgöstərən Kamran Abdullayev tərəfindən

 

                                                                           AÇIQ MƏKTUB

Hörmətli Kamran bəy,

 

Bir neçə gün öncə KİV vasitəsilə haqqımda yayılan yalan və əsassız ittihamlarla üzləşdim, hətta bununla əlaqədar bəzi KİV nümayəndələri mənimlə birbaşa əlaqə saxlayıb mənim bu vəziyyətlə əlaqədar şərhlərimi istəmişdilər. Belə olduğu təqdirdə,  öz mövqeyimi tam və dolğun şəkildə ifadə etmək qərarına gələrək sizə bu açıq məktub vasitəsilə müraciət edirəm. Məktubun məqsədi, vəziyyəti olduğu kimi qərəzsiz şəkildə izah edərək, mənə qarşı sürülən yalan və əsassız ittihamlara son qoymaqdır.


Bildiyiniz kimi, 2018-ci ilin mart ayında müqaviləmə xitam verilməsi barədə sizə öncədən müraciətetmişdim. Yəni KİV-lərə söylədiyiniz kimi olmayıb, məni heç kim işdən çıxarmayıb, əksinə, mən özüm işdən çıxacağım tarixdən bir ay öncə sizə yazılı şəkildə müraciət edərək işdən çıxacağım haqqında Sizi məlumatlandırmışam. Həmçinin, məlumat üçün qeyd edim ki, 1 ay müddət bitdikdən sonra işimi tərk etdiyim zaman kadrlar şöbəsindən mənə işlərimin təhvil verilməsi haqqında imzalamaq üçün heç bir təhvil-təslim aktı təqdim olunmamışdır. İş kompüterimi və lazım olan digər bütün məlumatları təhvil verdikdən sonra mənim son məvacibim maaş kartıma otuzdurulmuşdur. Bunu bank ödəniş sənədlərinin tarixi də təsdiqləyir.


Artıq yeni iş yerimdə işlədiyim zaman 07.08.2018-ci il tarixində siz mənimlə əlaqə saxlayaraq neftchipfk.com "domainname” admin panelinin loqin və parolunu yenidən sizə təqdim etməyimi istədiniz. Bundan sonra qeyd edilən login və parolu klubun əməkdaşına təqdim etmişəm və sizə də bu barədə məlumat vermişəm. Buna sübut olaraq, lazım olduğu halda həmin əməkdaş və sizin ilə olan yazışmanı təqdim edə bilərəm. Anladığım qədər, həmin vaxtdan uzun zaman keçməsinə baxmayaraq, rəsmi saytın neftchipfk.com "domainname” admin paneli ilə heç bir əməkdaş məşqul olmamış və üstəlik təqdim etdiyim məlumat laqeyd yanaşma nəticəsindəitirilmişdir.

 

Bundan 1 ilə yaxın vaxt keçdikdən sonra məni sizin göstərişiniz əsasında mütəmadi olaraq klubun nümayəndəsi və hadisələrdən məlumatsız olan hüquqşünası narahat etməyə başlayaraq artıq 1 il öncə təqdim etdiyim məlumatları bir daha verməyimi tələb edirdi. Nəzərə alaraq ki, mən öz tərəfimdən bütün öhdəlikləri yerinə yetirmişdim və həmin məlumatın təkrar olaraq klubun heyəti tərəfindən itirilməsində mənim heç bir günahım yox idi, belə olduğu halda neftchipfk.com "domainname” admin panelinin bərpası üçün ödənişli əsasla öz xidmətimi təklif etmişdim, lakin bu çıxış yolu da sizi qane etməmişdir. Yəqin ki, sizin fikrinizcə sizin klubda artıq çalışmamağıma baxmayaraq bunu təmənnasız etməli idim. Bu azmış kimi, yeni çalışdığım şirkətin rəhbərliyinə bu barədə yazılı müraciət edərək mənim haqqımda yalan və əsassız ittihamlar irəli sürmüsünüz və yuxarıda qeyd etdiyim həqiqətə uyğun cavabı almışdınız.


Növbəti addım kimi siz hüquq mühafizə orqanlarına mənim barəmdə müraciət etmisiniz və bunu KİV-də işıqlandırmısınız. Həqiqəti bilərək bu cür addım atmağınız ən azı qeyri-peşəkarlıqdır. Mən bunu həm peşəkar fəaliyyətimə, həm də şərəf və ləyaqətimə qarşı təhqir kimi qiymətləndirərək, əks addım atmağa məcburam.


Lakin KİV-də haqqımda yayılan yalan ittihamlara təkzib verildiyi və mənim barəmdə hüquq mühafizə orqanlarına edilmiş əsassız şikayətin geri götürüldüyü təqdirdə, sizin domain probleminizi həll etməkdə yardım etməyə çalışacam. Əks təqdirdə, mənə qarşı irəli sürülən yalan ittihamlara cavab olaraq qarşılıqlı addımlar atmağa məcbur olacam.


Məlumat üçün qeyd edim ki, hazırki açıq məktub 3 nüsxədə çap olunmaqla Sizə, AFFA-nın Baş Katibi, cənab Elxan Məmmədova və KİV nümayəndələrinə təqdim olunacaqdır.

 

Hörmətlə,

 

Kamran Abdullayev

 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR