"Neftçi" ukraynalılara uduzdu

"Neftçi" klubu Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyunun çıxıb.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın "Desna” klubu ilə qarşılaşıb. "Emirhan İdman Kompleksi"nin stadionunda baş tutan görüş ukraynalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"dən yeganə qolu 66-cı dəqiqədə Stiven Monroz rəqib qapısından keçirib.

"Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın "LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə "Dinamo”ya (Kiyev) 1:2 hesabı ilə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR