"Neftçi"nin üçüncü rəqibi də bilindi

Xəbər verdiyimiz kimi, Qəbələdə təlim-məşq toplanışı keçən "Neftçi" klubu yoxlama oyunlarına çıxacaq. 

Sport7.az paytaxt klubunun "Sumqayıt" və "Qarabağ"la qarşılaşacağını, hətta üçüncü yoxlama oyunu da planlaşdırdığını yazmışdı.   

Əldə etdiyimiz məlumata görə, "Neftçi"nin üçüncü rəqibinin adı bəlli olub. Komandanın 3 avqust tarixində "Sabah"la üz-üzə gəlməsi nəzərdə tutulur. 

Qeyd edək ki, "Neftçi" birisigün -26 iyul tarixində "Sumqayıt"la qüvvəsini sınayacaq. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR