Neqredo La Liqa klubu ilə anlaşdı

Neqredo La Liqa klubu ilə anlaşdı

"Beşiktaş"ın sabiq futbolçusu Alvaro Neqredo İspaniyaya qayıdır.
 
Sport7.az xəbər verir ki, 2 mövsümdü BƏƏ klubu "Əl-Nəsr"də top qovan futbolçu "Kadiz"lə anlaşıb. Avqust ayında 34 yaşını tamamlayacaq ispan oyunçu ilə anlaşdıqlarını "Kadiz"in prezidenti Manolo Vizkaino açıqlayıb.
 
İspaniya Sequndasının bitməsinə 2 həftə qalmış La Liqaya yüksəlməyi bacaran "kadiz" 14 il sonra yenidən elitaya qayıdıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR