"Nəticəni ədalətli saymıram" - Moldova millisinin baş məşqçisi

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra rəqib baş məşqçi Vladimir Busatıy fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 1:5 hesablı məğlub olduqları oyunla bağlı bunları söyləyib: "Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var. Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR