Nevil İngiltərə millisi ilə yolları ayırdı

Nevil İngiltərə millisi ilə yolları ayırdı

Futbol üzrə qadınlardan ibarət İngiltərə yığması baş məşqçisi Fil Nevill ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis öz istəyi ilə istefaya göndərilib. Mətbuatda yer alan xəbərə görə, Nevill Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasının baş məşqçisi olacaq.

Nevill 2018-ci ilin yanvarından yığmaya rəhbərlik edir. Onun sözləşməsi 2021-ci il Avropa çempionatının sonunda başa çatmalı idi. UEFA turniri 2022-ci ilə təxirə salıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR