Neymarın PSJ-dəki gələcəyi Çempionlar Liqasındakı nəticələrdən asılıdı

Neymarın PSJ-dəki gələcəyi Çempionlar Liqasındakı nəticələrdən asılıdı

Neymar PSJ ilə müqaviləsini yeniləyə bilər.

ESPN-in xəbərinə görə, Neymar daha bir neçə il PSJ-də çıxış etməyə hazırdı. Amma hər şey komandanın Çempionlar Liqasındakı çıxışından asılı olacaq.

Ötən yay braziliyalı futbolçu ilə PSJ arasında gərginləşən münasibətlər artıq qaydasına düşüb. Sadəcə, Neymar ÇL-də uğur qazanmaq istəyir. Müqavilənin uzadılması baxımından Paris təmsilçisinin sözügedən turnirdəki çıxışı önəmli rol oynayacaq.

27 yaşlı hücumçunun klubla 2,5 illik müqaviləsi var. Bununla belə, tərəflər arasında danışıqlara artıq start verilib.

Cari mövsümdə 15 matçda meydana çıxan Neymarın aktivində 13 qol, 7 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR