Neymar PSJ-dən ayrılmaq istədiyini rəhbərliyin nəzərinə çatdırıb

Neymar PSJ-dən ayrılmaq istədiyini rəhbərliyin nəzərinə çatdırıb

PSJ-nin hücumçusu Neymar mövsümlərarası fasilədə komandasını dəyişmək istəyir.

UOL-un məlumatına görə, Neymar karyerasını Paris klubunda davam etdirmək niyyətində olmadığını bir neçə dəfə rəhbərliyin nəzərinə çatdırıb.

2018-19 mövsümünün sonunda keçirilən parti zamanı braziliyalı futbolçu qərarı barədə həmyerliləri - Tiaqo Silva, Markinyos və Dani Alvesi məlumatlandırıb. Daha sonra o, klub prezidenti Nasser Əl-Helayfi ilə görüşüb.

Ötən həftə PSJ-nin idman direktoru Leonardo Neymarla əlaqə saxlayaraq klubun yeni layihələrindən danışıb. Söhbət əsnasında 27 yaşlı oyunçu ayrılmaq istəyini Leonardonun da nəzərinə çatdırıb.

Qeyd edək ki, Neymar yeni mövsüm hazırlıqları ərəfəsində PSJ-nin bazasına qayıtmayıb. Paris təmsilçisinin forvardı cəzalandıracağı gözlənilir. Proseslərin davamı olaraq, PSJ-nn Neymarın mümkün transferi ilə bağlı çətinlik yaradacağı da istisna olunmnur.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR