Stenli Kuboku: Final seriyasında yenidən bərabərlik

Stenli Kuboku: Final seriyasında yenidən bərabərlik

NHL-də Stenli Kubokunun final seriyasında dördüncü oyun keçirilib.

"Sent-Luis" "Boston"u qəbul edib. Ev sahibləri birinci dəqiqədə hesabı açıb. Rayan O'Raylli fərqlənib. Çarli Koyl birinci periodun ortalarında matça tarazlıq gətirib. Ancaq çox keçmədən Vladimir Tarasenko növbəti dəfə "Bluz"u önə keçirib. Tarasenkoya cavab 34-cü dəqiqədə Brendon Karlodan gəlib. Üçüncü periodda Rayan O'Raylli yenidən səhnəyə çıxıb. Onun qolu sayəsində "Sent-Luis" növbəti dəfə üstünlüyü əla alıb. Oyuna son nöqtəni isə Breyden Şenn qoyub. Beləliklə, "Boston"u 4:2 hesabı ilə məğlub edən "Sent-Luis" final seriyasını bərabərləşdirib - 2:2.


NHL

Stenli Kuboku

Final seriyası (dördüncü oyun)

"Sent-Luis Bluz" - "Boston Bruins" - 4:2

Qollar: O'Raylli (1, 50), Tarasenko (15), Şenn (58) - Koyl (13), Karlo (34)

Qapıçılar: Binninqton (21/23) - Rask (34/37)

Seriyada hesab - 2:2


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR