Niderland səfirliyi qarşısında aksiya - sayılmayan qola görə (VİDEO)

Niderland səfirliyi qarşısında aksiya - sayılmayan qola görə (VİDEO)

Ötən gün bir qrup azərbaycanlı azarkeş Bakıda Hollandiya səfirliyinin önündə etiraz aksiyası keçirib.
 
Sport7.az xəbər verir ki, buna səbəb Macarıstan - Azərbaycan futbol matçında oyunun bəş hakimi Dennis Hiqlerin kobud səhvi olub. Səfirlik önünə toplaşan azarkeşlər hollandiyalı referinin cəzalanmasını tələb ediblər. 
 
Onlar ingiliscə şüarlar səsləndirib, plakatlar qaldırıblar.
 
Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.
 
Aksiyadan videonu təqdim edirik:
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR