Qadın futbolçu kişilərin komandasında

Qadın futbolçu kişilərin komandasında

Qadın futbolçu Ellen Fokkema Niderlandın dördüncü ən güclü divizionunun "Foarut" kişi klubunun oyunçusu olacaq.

Sport7.az xəbər verir ki, bu haqda Niderland Kral Futbol İttifaqının rəsmi saytında bildirilib.

Təşkilatın mətbuat xidmətində bildiriblər ki, "Foarut"la 19 yaşlı idmançının müqaviləsi sınaq kimi bağlanıb. Qərar futbolda kişilərlə qadınlar arasında hüquq bərabərliyinin inkişafına kömək edəcək.

Hazırda Niderlandda kişilərə və qadınlara 19 yaşa qədər bir komandada oynamağa icazə verilib, sonra kişilər A kateqoriyası səviyyəsində çıxış üçün kişi klublarına keçirlər, amma qadınlar B kateqoriyası liqalarında oynaya bilərlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR