Niderlandlı futbolçu AVRO-2020-də oynamayacaq

Niderlandlı futbolçu AVRO-2020-də oynamayacaq

"Bayer"in futbolçusu Tomoti Fosu-Mensa ciddi zədələnib.

Sport7.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Bundesliqada XXIII turun "Frayburq"la ev oyununun sonlarında xəsarət alıb. Onun sağ dizinin ön çarpaz bağlarında qırılma aşkarlanıb. 6 - 9 ay müddətinə sıradan çıxan hollandiyalı oyunçu Avropa çempionatını buraxmalı olacaq.

Tomoti Fosu-Mensa "Bayer"ə 2021-ci ilin yanvarında İngiltərə "Mançester Yunayted"indən keçib. O, Leverkuzen komandasında 7 oyun keçirib.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR