Nigeriyalı futbolçu qəzada öldü

Nigeriyalı futbolçu qəzada öldü

Nigeriya millisinin sabiq futbolçusu Corc İfeanyi avtomobil qəzasında ölüb.

Sport7.az xəbər verir ki, 26 yaşlı hücumçunun idarə etdiyi "İnfiniti” markalı avtomobil yük maşını ilə toqquşub. "Enuqu Reyncers” klubunda çıxış edən futbolçunun avtomobilində daha iki şəxs olub. Onlardan biri İfeanyinin komanda yoldaşı olsa da, sərnişinlərin durumu barədə məlumat verilməyib. Qəza futbolçular evlərinə yollanarkən baş verib.
 
"Enimba”nın yetirməsi olan Corc 2017-ci ildə Nigeriya yığmasında 2 oyun keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR