Nik Kirios Leyver Kubokunda iştirakını təsdiqlədi

Nik Kirios Leyver Kubokunda iştirakını təsdiqlədi

Nik Kirios Dünya yığmasının heyətində Leyver Kubokunda iştirak edəcəyini təsdiqləyib.

Avstraliyalı tennisçi Kevin Anderson, Con İzner, Miloş Raoniç və Denis Şapovalovun komanda yoldaşı olacaq. Yaxın günlərdə daha bir tennisçi onların sırasına qoşulacaq.

Avropa yığmasının heyətində isə Rocer Federer, Rafael Nadal, Dominik Tim, Aleksandr Zverev, Fabio Fonini və Stefanos Çiçipas yer alacaq.

Qeyd edək ki, bu ildən etibarən Leyver Kuboku rəsmən ATP-nin təqviminə daxil edilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR