"Nike" şirkətinin yeni binası Lebron Ceymsin adını daşıyacaq

"Nike" şirkətinin Bivertondakı baş qərargahının yeni korpuslarından biri "Leykers"in forvardı Lebron Ceymsin adını daşıyacaq.

Sözügedən binada müasir idman laboratoriyası fəaliyyət göstərəcək. Orada idmançıların tam potensiallarına çatmaları üçün müxtəlif tədqiqat işləri aparılacaq.

Lebron Ceyms "Instagram" hesabı vasitəsilə "Nike"-yə təşəkkürünü bildirib:

"Bu, inanılmazdı. Zəng edib, məni bu barədə məlumatlandıranda inanmadım. Göz yaşlarımı saxlaya bilmirəm. Haradan gəldiyimi bilirsiniz. Statistikaya görə, mənim bu gün sizə bu barədə danışmağım bir kənara, yaşamağım belə möcüzədi. İndi isə "Nike"-nin baş qərargahında adıma bina olacaq. Bu, mənim və ailəmin irsinin daim yaşayacağı anlamına gəlir. Bu binada tədqiqat işləri aparılacaq. İnana bilirsiniz? Bir zamanlar, Akrondan gələn, 18 yaşlı uşağa şans verdiyinə görə "Nike" şirkətinə bir daha təşəkkürümü bildirirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR