"Bavariya"nın sabiq baş məşqçisi Niko Kovaç yenidən Bundesliqada çalışa bilər.
"Herta" yayda baş məşqçi postunu Kovaça həvalə etmək niyyətindədi. Xorvatiyalı mütəxəssis Berlin klubunun prioritet hədəfidi.
Yaxın günlərdə Yürqen Klinsmann "Herta"dan ayrılmışdı. İndilik komanda Aleksandr Nuriyə həvalə olunub.
Kovaç Berlində dünyaya gəlib. O, 1991-1996 və 2003-2006-cı illərdə "Herta"da çıxış edib.
Sport7.az