Nikola Yurçeviç millimizdən qovuldu - Son dəqiqə

Nikola Yurçeviç millimizdən qovuldu - Son dəqiqə

Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.
 
Sport7.az xəbər verir ki, bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, Yurçeviç yeni iş yeri ilə bağlı danışıqlar aparmaqda sərbəstdirlər. V.Sadıqov bu vəzifəyə baş məşqçi təyinatının müzakirə olunmadığını da əlavə edib.

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. Onunla həmin vaxt 1 illik müqavilə bağlanılıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR