Nikola Yurçeviç Zaqrebdəki zəlzələdən yazdı

Nikola Yurçeviç Zaqrebdəki zəlzələdən yazdı

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç sosial mediadakı səhifəsi vasitəsilə paylaşım edib.

Sport7.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsində baş verən zəlzələdən zərər görmədiyini yazıb. Hadisə paytaxt Zaqreb yaxınlığında Yurçeviçin yaşadığı bölgədə olub. 54 yaşlı mütəxəssis 5,3 bal gücündəki zəlzələyə baxmayaraq, səhhətində heç bir problem olmadığını vurğulayıb.
 
Zəlzələ nəticəsində Zaqrebdə binalara və infrastruktura ziyan dəyib, 15 yaşlı bir uşaq dağıntılar altında qalaraq ölüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR