Nisikori məşqçisi ilə yollarını ayırdı

Nisikori məşqçisi ilə yollarını ayırdı

Kei Nisikori məşqçisi Dante Bottini ilə əməkdaşlığa son qoyub.

Yapon tennisçi bu barədə "Twitter" hesabında yazıb: "9 il birlikdə çalışdıqdan sonra artıq yeniliyə ehtiyac olduğunu düşünürəm. Karyerama verdiyi töhfələrə görə Danteyə həmişə minnətdar olacam. Təbii ki, biz yaxın dostuq və bundan sonra da bu belə qalacaq. Son 9 il ərzində etdiklərimizi və dostluğumuzu yüksək qiymətləndirirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR