Niyaməddin Musayev oxudu, millimiz böyük hesabla qalib gəldi - TAM OYUN

Niyaməddin Musayev oxudu, millimiz böyük hesabla qalib gəldi - TAM OYUN

Qazaxıstanın Şımkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət yığmamızın (U-19) 2-ci oyununu keçirdiyini və Estoniya millisini 3:0 hesabı ilə məğlub etdiyini xəbər vermişdik. 

Sport7.az bu dəfə xəbər verir ki, "Namus" stadionunda keçirilən görüşdə yığmamızın qollarını Yaiza Releya, Nigar Cəlilli və Kristina Bakarandze vurublar. 

Xatırladaq ki, yığmamız dünən turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazandığı vaxtda da son 2 futbolçu qol vurmuşdu. U-19-un növbəti oyunu Qazaxıstan U-17-nə qarşı olacaq.

Maraqlıdır ki, oyunun fasiləsində sözləri Mikayıl Müşfiqə aid olan, Niyaməddin Musayevin ifasında "Qal sənə qurban" mahnısı stadionda səsləndirilib. İndi sizə qazaxıstanlı hakimlərin bayrağımıza olan hörmətsizliyinin, fasilədə səslənən Azərbaycan musiqisinin, ümumiyyətlə millimizin qələbə qazandığı bütöv oyunun videosunu təqdim edirik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR