Norveçli məşqçi:

Norveçli məşqçi: ""Qarabağ" bizə qarşı əsas heyətlə mübarizə aparırdı"

Polşanın "Leqiya” klubunun baş məşqçisi Henninq Berq "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. 

Sport7.az xəbər verir ki, norveçli mütəxəssis 0:2 hesablı məğlubiyyəti əsas heyətlə oynamamaqları ilə əsaslandırıb: 

"Qarabağ"la görüş oyun təcrübəsi baxımından faydalı oldu. Çox yaxşı komandaya qarşı oynadıq. Bu qarşılaşma mövsümün ikinci yarısına hazırlıq baxımından atılan növbəti addım idi. Rəqibimiz Avropa Liqasında oynamış komandadır. Avrokuboklarda böyük təcrübəyə malikdir. "Qarabağ” bizə qarşı əsas heyətlə mübarizə aparırdı. Bizdə isə gənclər və əvvəlki oyunlarda forma geyinməyənlər də meydana çıxmışdı. Sevindirici haldırN ki, gənclər özlərini yaxşı tərəfdən göstərməyi bacardılar".

Qeyd edək ki, həmin gün "Leqiya" Rusiyanın "Zenit" klubu ilə də yoxlama oyunu keçirib və 2:3 hesabı ilə uduzub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR