Novruzov üçün 80 dəqiqə

Novruzov üçün 80 dəqiqə

Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb. Səfərdə "Zimbru” ilə qarşılaşan futbolçumuzun komandası Kişinyov təmsilçisi ilə oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Həmyerlimiz start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

"Dinamo-Avto” 18 oyuna topladığı 22 xalla 6-cı pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR