Noyer Kanın rekordunu təkrarladı

Noyer Kanın rekordunu təkrarladı

Almaniya Bundesliqasının 17-ci turunda "Auqsburq”la qarşılaşan "Bavariya” 1:0 hesablı qələbə qazanıb.

Sport7.az xəbər verir ki, qarşılaşma münhenlilərin qapıçısı Manuel Noyer üçün əlamətdar olub. 13-cü dəqiqədə Robert Levandovskinin penaltidən vurduğu yeganə qolla qalib gələn "Bavariya”da kapitan qapısını toxunulmaz saxlamağı bacarıb. Bu, Noyerin Bundesliqa tarixində 196-cı "quru” oyunu olub. O, komandanın əfsanəvi qolkiperi Oliver Kana məxsus rekordu təkrarlayıb.

Noyer 2011-ci ildən "Bavariya”da çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR