"Növbəti iki-üç mövsümdə də "Barselona"nın lideri Messi olacaq" - Bartomeu

"Barselona"nın prezidenti Jozep Bartomeu kapitan Lionel Messinin komandadakı gələcəyi ilə bağlı danışıb:

"Təbii ki, hər kəs Leonun müqaviləsini uzatmasının tərəfdarıdı. Məsələ ilə bağlı yekun qərarı Messi verəcək. O, karyerasını nə vaxt bitirəcəyinə dair qərarı öz qəbul edəcək. Bu haqqı Leo çoxdan əldən edib. Amma daha əvvəl də dediyi kimi, Messi karyerasına məhz "Barselona"da son qoymaq niyyətindədi.

Növbəti iki-üç mövsümdə də liderimiz Leo Messi olacaq. O, hələ də gəncdi və ambisiyaları yüksəkdi. Messi iki, üç, dörd, bəlkə də, bundan sonra hələ beş il "Barsa"da çıxış edəcək. Bundan şübhəm yoxdu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR