“O günü iplə çəkirəm” – Terimin qızından vacib açıqlama

“O günü iplə çəkirəm” – Terimin qızından vacib açıqlama

Fatih Terimin qızı Buse Terim atasının səhhəti ilə bağlı növbəti məlumatı paylaşıb.

Sport7.az xəbər verir ki, Terimin qızı koronavirus səbəbindən xəstəxanada yatan tanınmış məşqçinin səhhətinin normal olduğunu bildirib.

Sitat: "Hər kəsə salam. Atama görə narahat olanların hamısına təşəkkür edirəm. Fatih Terimin səhhəti hər gün bir az da yaxşılaşır. Bu xəstəlikdən müalicə alanlara keçmiş olsun, atamla maraqlanan hər kəsə də minnətdaram. Daha şad xəbərlər verə biləcəyim günü iplə çəkirəm”.

Xatırladaq ki, "Qalatasaray”ın baş məşqçisi Fatih Terim martın 23-də şəxsi tvitter hesabından koronavirus testinin müsbət nəticə verdiyi haqda məlumat paylaşmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR