O məşhur rəqsinin tarixçəsini anlatdı - VİDEO

O məşhur rəqsinin tarixçəsini anlatdı - VİDEO

"Trabzonspor"un sabiq forvardı Daniel Sturric özünəməxsus qol sevincinin tarixini anladıb.
 
Sport7.az xəbər verir ki, "Liverpul", "Çelsi", "Mançester Siti" kimi komandaların da formasını geymiş ingilis futbolçu özünə xas olan rəqsi haqda danışıb. Mərc qaydalarını çeynədiyi üçün futboldan 4 aylıq diskvalifikasiya edilən və mövsümün əvvəlində "Trabzonspor"dan ayrılan hücumçu "Youtube" hesabındakı açıqlamasında "Evdə qohumlarm və dostlarımla birlikdə musiqiyə qulaq asırdıq. Bir qədər sərxoş idim, ayağa qalxdım və bu rəqsi etməyə başladım. Sadəcə bu hərəkəti edirdim. Hamımıza gülməli gəldi. Dedim ki, "qol vurduqdan sonra bu rəqsi edəcəyəm". İlk rəqsimi "Çelsi"də "Mançester Yunayted"ə qarşı keçirdiyim oyunda etdim. Həmin zamanlar bu qədər dəqiq deyildi. Sonradan inkişaf etdirdim" sözlərini söyləyib. 
 
Sturricin diskvalifikasiya müddəti iyun ayında başa çatacaq.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR