Obameyanq

Obameyanq "Barselona"ya keçmək istəyir

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq qış "transfer pəncərəsi"ndə "Barselona"ya keçməyə hazırdı.

"Barselona" Luis Suaresin 4 aylıq sıradan çıxması səbəbindən mərkəz hücumçusu axtarışındadı. Katalon klubunun hədəflərindən biri də Pyer-Emerik Obameyanqdı.

"El Mundo Deportivo"nun xəbərinə görə, Obameyanq "Barselona"ya keçməkdə maraqlıdı. 30 yaşlı futbolçu klublar arasında danışıqların getdiyini təsdiqləyib. London təmsilçisi forvardla yollarını ayırmaq istəmir. Amma onun fikri "Arsenal"ın yekun qərarını dəyişə bilər. 

Qeyd edək ki, cari mövsümdə "topçular"ın forması ilə 26 matç meydana çıxan Obameyanq 16 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR