"Oklahoma Siti" Kris Pola klub tapa bilmir

"Oklahoma Siti" Kris Polu başqa komandaya treyd edə bilmir. Oyunçunun yüksək maliyyə tələbləri məsələdə böyük rol oynayır.

ESPN-in məlumatına görə, Pol böyük ehtimalla yeni mövsümə "Tander"in heyətində başlayacaq. Mövsümlərarası fasilədə müqavilə imzalayan azad agentlərin treyd periodu açıldıqdan, yəni 15 dekabrdan sonra 34 yaşlı basketbolçunun özünə yeni klub tapmaq şansları yüksələcək.

Polun növbəti mövsümün tamamını "Oklahoma Siti"də keçirmək ehtimalı da istisna deyil.

Qeyd edək ki, point-qard Rassell Vestbrukun "Hyustona" treydi nəticəsində "Tander"ə göndərilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR