Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaponiyanın paytaxtı Tokiodakı olimpiadada iştirak edəcək bütün idmançıların koronavirusa qarşı peyvənd olunmasını nəzərdən keçirir.

Sport7.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb. 
 
Xəbərə görə, IOC əhalinin peyvəndlənməsinə başlanmadığı ölkələrdə idmançılar üçün bu prosesi sürətləndirmək niyyətindədir.

Əsas və həssas əhalidən əvvəl idmançıların aşılanması isə ÜST üçün ciddi suallar doğurur.

Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR