Olimpiya çempionu vəfat etdi

Olimpiya çempionu vəfat etdi

SSRİ yığma futbol komandasının oyunçusu, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarının qalibi Yuri Belyayev 86 yaşında vəfat edib.

Sport7.az xəbər verir ki, bu barədə Moskva ÇSKA-sının mətbuat xidməti məlumat yayıb.

"Bu gün Melburnda 1956-cı il Olimpiya Oyunlarının çempionu, Mərkəzi Ordu İdman Klubunun tərkibində 1955-ci il SSRİ Kubokunun qalibi Yuri İvanoviç Belyayev vəfat edib. Məşhur futbolçunun ailəsinə və yaxınlarına başsağlığı veririk" deyə bildirilib.

Karyerası ərzində hücumçu kimi çıxış edən Belyayev Mərkəzi Ordu İdman Klubunun tərkibində üç dəfə SSRİ çempionatının bürünc mükafatçısı olub (ölkə çempionatlarında 111 oyun keçirib, 52 dəfə fərqlənib).

1991-ci ildə SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR