Olimpiya çempionumuz Azərbaycana 9-cu qızıl medalı qazandırdı

Olimpiya çempionumuz Azərbaycana 9-cu qızıl medalı qazandırdı

Sərbəst güləş üzrə olimpiya çempionumuz Toğrul Əsgərov Avropa Oyunlarında da qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki, o, finalda 4:2 hesabı ilə öndə olduğu an İtaliyanı təmsil edən rəqibi Frank Kamiso Markesin belini yerə vuraraq vaxtından öncə qələbə qazanıb.

Qeyd edək ki, 65 kq çəki dərəcəsində çıxış edən Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və çətin qələbə qazanıb. Həmyerlimiz 8:2 hesabı ilə öndə olsa da, yekunda Bekbulatovu 8:7 hesabı ilə məğlub edib. Təmsilçimiz 1/8 finalda moldovalı Mixail Sava ilə gücünü yoxlayıb. Toğrul rəqibini çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib - 10:0.
 
Əsgərov 1/4 finalda fransalı Maksim Fike ilə güləşib. Yenə döyüşü vaxtından əvvəl xeyrinə bitirən (10:0) olimpiya çempionumuz yarımfinala vəsiqə qazanıb. "Neftçi" İdman Klubunun üzvü həlledici görüş üçün Əzəmət Nurikovla (Belarus) mübarizə aparıb və bu döyüşü də üstün bitirib - 7:2.
 
Xatırladaq ki, bu, Azərbaycanın qazandığı 9-cu qızıl medal, ümumilikdə isə 20-ci mükafatı olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR