Olimpiya Oyunları təxirə salındı - 4 il müddətinə

Olimpiya Oyunları təxirə salındı - 4 il müddətinə

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Seneqalın paytaxtı Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 2022-ci ildən 2026-cı ilədək təxirə salınmasına qərar verib.

Sport7.az xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Oyunların təxirə salınması iyulun 17-də BOK-un iclasında təsdiqlənməlidir. Yarış koronavirus səbəbindən təxirə salınıb.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci il oktyabrın 22-dən noyabrın 9-dək Dakarda keçirilməli idi. Bu, Afrika qitəsinin ev sahibliyi edəcəyi ilk Olimpiya Oyunları kimi tarixə düşəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR