Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) onilliyin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, cədvələ Rojerio Seni başçılıq edir. Braziliyalı qolkiper 2011-20-ci illərdə 36 dəfə rəqib qapısına yol tapıb. Perulu Eksar Rozales və paraqvaylı Mario Villasanti hərəyə 10 qol vurub.
3 qapıçının aktivində 9 qol var. Braziliyalı Marsio, argentinalı Luis Ardente və albaniyalı İsli Hidi 4-6-cı yerləri bölüşür.
İFFHS-in siyahısında 7 və daha çox qol vuran 11 qapıçı yer alıb.
Sport7.az