Ons Jaberə məğlub olan Karolina Voznyaki karyerasını bitirdi

Ons Jaberə məğlub olan Karolina Voznyaki karyerasını bitirdi

"Australian Open"in beşinci günündə qadınların mübarizəsində üçüncü mərhələnin görüşləri keçirilir.

Karolina Voznyaki Ons Jaberlə qarşılaşıb. 2 saat 10 dəqiqə davam edən oyun tunisli tennisçinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matç Karolina Voznyakinin karyerasında sonuncu olub. 29 yaşlı tennisçi "Australian Open"dən sonra professional tennislə vidalaşacağını açıqlamışdı.


Australian Open (Böyük dəbilqə)

Melburn, Avstraliya

Qadınlar

Üçüncü mərhələ

Ons Jaber (Tunis) - Karolina Voznyaki (Danimarka) - 2:1 (7:5, 3:6, 7:5)


Voznyaki 15 illik professional karyerası ərzində 30 titul qazanıb. Onların sırasında "Australian Open" zəfəri də var.
 
Danimarkalı tennisçi 71 həftə WTA-nin reytinq cədvəlinə başçılıq edib. Voznyaki 2 dəfə mövsümü "nömrə bir" kimi tamamlayıb. Həmçinin o, 8 dəfə ilin sonunda "ilk onluq"da qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR