"Onun adının siyahıda qeyd olunması..." - AFFA rəsmisi

Xəbər verdiyimiz kimi, AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.

Siyahıda mingəçevirli referi Rəşad Əhmədovun da adı qeyd olunub. Gənc hakim Premyer Liqaya cəlb olunub.

Ancaq maraqlıdır ki, Rəşad Əhmədov əvvəllər də Premyer Liqada oyun idarə etdiyi üçün heç də yeni referi sayılmır. 
 


AFFA "köhnə” hakimi yeni adıyla təqdim etməsi məsələsinə münasibət bildirən qurumun mətbuat katibi Firuz Abdulla Sport7.az-a açıqlamasında vəziyyəti belə izah etdi:
 
"Siyahı Hakimlər Komitəsi tərəfindən təqdim olunub. Rəşad Əhmədov Premyer Liqada əvvəllər də az sayda oyun idarə edib, lakin bu dəfə təqdim edilən siyahıda adının qeyd olunması Premyer Liqa və Birinci Divizionda təyinat alınacaq hakim və köməkçi hakimlərin yeni siyahısının təsdiq olunması ilə bağlıdır".

Qeyd edək ki, Rəşad Əhmədov 2017/2018-ci il mövsümünün 27-ci turuna təsadüfən edən "Keşlə” – "Qarabağ” matçında elitada debüt edib. Gənc hakim 2018/19-cu il mövsümünün 20-ci turunda keçirilən "Sumqayıt” – "Neftçi” qarşılaşmasında da baş hakim olub.
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR