Osaka Azarenkonu mübarizədən kənarlaşdırdı, Serena və Halep üçüncü mərhələdə

Osaka Azarenkonu mübarizədən kənarlaşdırdı, Serena və Halep üçüncü mərhələdə

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində ikinci mərhələnin növbəti görüşləri keçirilib.

Günün mərkəzi matçı Naomi Osaka ilə Viktoriya Azarenko arasında oynanılıb. İlk seti belaruslu raketka ustası aktivinə yazdırıb. İkinci setdə Osaka bir breyk geri düşsə də, 8-ci qeymdə rəqibinin servisini qıraraq oyuna "qayıdıb". 12-ci qeymdə növbəti dəfə breyk edən yapon tennisçi matça tarazlıq gətirib. Üçüncü setdən də qalib ayrılan dünya bir nömrəsi 3 saata yaxın davam edən mübarizənin sonunda üçüncü mərhələyə yüksələ bilib.

Serena Vilyams Kurumi Naranı, son çempion Simona Halep isə Maqda Linetti məğlub edib. Mərhələ adlayanlar sırasında Belinda Bençiç və Əşli Barti də var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

İkinci mərhələ

Naomi Osaka (Yaponiya) - Viktoriya Azarenko (Belarus) - 2:1 (4:6, 7:5, 6:3)

Serena Vilyams (ABŞ) - Kurumi Nara (Yaponiya) - 2:0 (6:3, 6:2)

Simona Halep (Rumıniya) - Maqda Linett (Polşa) - 2:1 (6:4, 5:7, 6:3)

Belinda Bençiç (İsveçrə) - Laura Ziqemund (Almaniya) - 2:1 (4:6, 6:4, 6:4)

Əşli Barti (Avstraliya) - Daniel Kollins (ABŞ) - 2:0 (7:5, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR